...

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 50-ni keçib

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 16:39 (UTC +04:00)
Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 50-ni keçib

Bakı. Trend:

Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb.

Trend-in Çinin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, zəlzələ 53 nəfərin xəsarət almasına səbəb olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, xəsarət alanlardan 14-ünə artıq bütün lazımi tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Məlumata əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 4,8 min insan işləyir. Xilasedicilər təhlükəli rayonlardan 823 nəfəri təxliyə ediblər.

Bundan əlavə zəlzələ nəticəsində 86 bina dağılıb, 194 binaya ciddi zərər, 2,2 min binaya isə yüngül zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti