...

İranın bu rayonunda 3 tona yaxın narkotik aşkarlandı

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 20:11 (UTC +04:00)
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb
İranın bu rayonunda 3 tona yaxın narkotik aşkarlandı

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, Xaş və Zahidan rayonlarının polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2 ədəd “Toyota” markalı pikap avtomobili saxlanılıb.

O əlavə edib ki, avtomobillərdən 2,59 ton tiryək, 18 kq həşiş və digər narkotik vasitələr aşkarlanıb.

Polis rəisi əməliyyatda 4 narkotik qaçaqmalçısının saxlanıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti