...

Əfqanıstanda partlayış törədildi - 10 ölü

Dünya xəbərləri Materials 18 Sentyabr 2019 16:42 (UTC +04:00)
Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib
Əfqanıstanda partlayış törədildi - 10 ölü

Bakı. Trend:

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub.

Partlayış şəxsiyyət vəsiqələrinin verilməsi mərkəzi yaxınlığında baş verib.

Qeyd olunur ki, intiharçı terrorçu özünü binanın girişində partladıb.

Partlayışdan əvvəl isə bir qrup silahlı binaya hücum edib. Polis qüvvələri hücum edənləri uzaqlaşdıra bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti