...

Rusiyada teatrda yanğın - 400 nəfər təxliyə olundu

Dünya xəbərləri Materials 4 Oktyabr 2019 20:17 (UTC +04:00)
Rusiyanın Şimali Osetiya Respublikasında opera və balet teatrında yanğın baş verib.
Rusiyada teatrda yanğın - 400 nəfər təxliyə olundu

Bakı. Trend:

Rusiyanın Şimali Osetiya Respublikasında opera və balet teatrında yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar teatrdan 400 nəfər təxliyə olunub.

Yanğın binanın çardağına başlayıb. Məlumatlara əsasən, hadisə qısaqapanma nəticəsində baş verib.

Yanğın zamanı teatrda tamaşanın məşqləri gedirmiş. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti