Bakı. Trend:
İndoneziya polisi Prezident Coko Vidodonun inauqurasiya mərasimi zamanı məmurlara qarşı hücumun qarşısını alıb.
Trend-in məlumatına görə, təxribatçılar mərasim zamanı partlayıcı qoyulmuş diyircəklərlə məmurlara hücum etməyi planlaşdırıblar. Eyni zamanda mərasimdə qarışıqlıq salmaq üçün meymunları da əsəbiləşdirib təxribata şərik etmək istəyiblər.
Məlumata görə, təxribatçılar öz planlarını "WhatsApp" messencerində hazırlayaraq əlaqə qurublar. Qrupda 123 nəfər qeydiyyatdan keçibmiş.