...

Argentina prezidenti Alberto Fernandezin seçkilərdəki qələbəsini qəbul edir

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 06:04 (UTC +04:00)
Argentina prezidenti Maurisio Makri, bazar günü müxalifət namizədi Alberto Fernandezi prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi
Argentina prezidenti Alberto Fernandezin seçkilərdəki qələbəsini qəbul edir

Bakı, Trend:

Argentina prezidenti Maurisio Makri, bazar günü müxalifət namizədi Alberto Fernandezi prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik etdi.

Trend-in məlumatına görə, Makri tərəfdarları qarşısında çıxış edərək bunları deyib: "Yeni seçilmiş prezident Alberto Fernandezi təbrik etmək istəyirəm. Ona indicə zəng eləmişdim". Macrinin sözlərinə görə, işlərin təhvil verilməsini müzakirə etmək üçün bazar ertəsi günü rəqibini iclasa dəvət edib.

Bazar günü Argentina vətəndaşları ən yüksək dövlət vəzifəsinə namizəd olanlardan birini seçməli oldular. Səsvermələrin 90.92% -nin səslərini saydıqdan sonra Milli seçki palatasının açıqladığı məlumatlara görə, seçicilərin 47,82% -i mərkəz sol koalisiyanı təmsil edən Fernandezə səs verib. Mərkəzi sağ qüvvələri təmsil edən Makri üçün 40,67% səs verilib.

Seçilən prezidentin mandatı dekabrın 10-da qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti