...

Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda "Mən qayıdacağam" yazıldı

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 14:39 (UTC +04:00)
Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.
Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda "Mən qayıdacağam" yazıldı

Bakı. Trend:

Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.

Trend-in məlumatına görə, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacağam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.

S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".

Qeyd edək ki, Gürcüstan Prezidentinin rəsmi saytı hələ də işləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti