...

Yaponiyanın cənubundakı qədim qala yanğın nəticəsində tamamilə yanıb

Dünya xəbərləri Materials 31 Oktyabr 2019 03:52 (UTC +04:00)

Bakı, Trend:

YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan Şuri Qalası, cərşənbə axşamı Yaponiyanın cənubunda meydana gələn böyük yanğın nəticəsində demək olar ki, tamamilə yanıb.

Trend-in məlumatına görə, Naha şəhərində Okinavanın ən cənub prefekturasında yerləşən bir qəsrdə yanğın baş verib. Yanğının söndürülməsində gecənin ortasında 20-dən çox yanğınsöndürmə briqadası iştirak edib.

Hazırda xəsarət alan olmayıb. Yerli polis yanğının səbəbini araşdırır. Şuri Qalası 14-cü əsrdə inşa edilmişdir. 2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti