Bakı. Trend:
Konqo Demokratik Respublikasının (KDR) Qoma şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xilasedicilər təyyarənin qalıqları altından 29 nəfərin meyitini çıxarıblar, onlardan 7-si bir ailənin üzvləri olublar.
Qeyd edilir ki, qəza nəticəsində həmçinin 16 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.