...

Kentukkidə yaşayış evində partlayış olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 25 Noyabr 2019 08:42 (UTC +04:00)
ABŞ-ın Kempton şəhərində (Kentukki ştatı) yaşayış evində partlayış baş verib
Kentukkidə yaşayış evində partlayış olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Kempton şəhərində (Kentukki ştatı) yaşayış evində partlayış baş verib.

Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Partlayışın səbəbi hələki məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti