...

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 30 Noyabr 2019 06:34 (UTC +04:00)
Türkiyənin Van vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib
Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib

Bakı. Trend:

Türkiyənin Van vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı iki tondan çox ammonium nitrat, min litr benzin, çox sayda döyüş sursatı və zəruri məhsullar aşkar edilərək götürülüb.

Əməliyyat Başkale rayonunda həyata keçirilib.

Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti