...

Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib

Dünya xəbərləri Materials 13 Dekabr 2019 08:23 (UTC +04:00)
Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar
Vulkan püskürməsinin qurbanlarının cəsədləri aşkar edilib

Bakı. Trend:

Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.

Trend-in məlumatına görə, bu barədə ölkə polisi bildirib.

Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.

Məlumatda deyilir: "Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı".

Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti