...

Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

Dünya xəbərləri Materials 17 Dekabr 2019 02:57 (UTC +04:00)
Avropa diplomatiyasının rəhbəri Josep Borrel, Hong Kong və Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqlarına riayət edilməsi ilə bağlı məsələləri Çinin daxili işləri olmadığını söyləyib
Borrel Hong Kong və Sincan məsələlərini Çinin daxili işi hesab etmir

Bakı. Trend:

Avropa diplomatiyasının rəhbəri Josep Borrel, Hong Kong və Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqlarına riayət edilməsi ilə bağlı məsələləri Çinin daxili işləri olmadığını söyləyib.

Trend-in məlumatına görə, J.Borrel Madriddə keçirilən "Asiya-Avropa Forumu" təşkilatı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib: "Aydındır ki, belə hallarla qarşılaşdıqda başqa ölkənin daxili işlərinin ərazisinə girirsiniz. Lakin insan hüquqları daxili iş deyil, ümumbəşəri bir problemdir"

Diplomat dekabrın 15-də Çinin xarici işlər naziri Vang Yi ilə görüşərkən ona Aİ-nın ölkədəki insan haqları ilə bağlı narahatçılığını çatdırıb. Eyni zamanda, Çindən gələn nazirlə "müstəsna münasibətlər" saxladığını söyləyərək, oxşar məsələlər qaldırıldığı "ölkələrə tam hörmət" göstərilməsinin lazım olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti