...

Kanadanın qərb sahillərində iki güclü zəlzələ olub

Dünya xəbərləri Materials 24 Dekabr 2019 02:21 (UTC +04:00)
Kanadanın qərb sahillərində bir saat ərzində iki güclü zəlzələ baş verib
Kanadanın qərb sahillərində iki güclü zəlzələ olub

Bakı. Trend:

Kanadanın qərb sahillərində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, ilk zəlzələnin maqnitudası 5,7 bal olub. Yeraltı təkanların episentri Port Hardi bələdiyyəsindən 170 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İkinci zəlzələ 6 bal gücündə olub. Zəlzələnin episentri Port Hardi bələdiyyəsindən 175 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti