...

Danışılmış oyunların təşkilinə görə 14 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 27 Dekabr 2019 23:53 (UTC +04:00)
İspaniya Milli Polisi İtaliya futbol çempionatının yuxarı divizionunda danışılmış oyunların təşkili ilə əlaqəli əməliyyat zamanı 14 nəfəri saxlayıb
Danışılmış oyunların təşkilinə görə 14 nəfər saxlanılıb

Bakı. Trend:

İspaniya Milli Polisi İtaliya futbol çempionatının yuxarı divizionunda danışılmış oyunların təşkili ilə əlaqəli əməliyyat zamanı 14 nəfəri saxlayıb.

Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanları press-reliz yayıb.

Məlumata əsasən, əməliyyat Avropa Polis Təşkilatı (Europol) ilə əlaqəli şəkildə keçirilib. İstintaq İtaliya hüquq-mühafizə orqanları ilə birgə aparılıb.

Saxlanılan şəxslər korrupsiya, çirkli pulların yuyulması və əmlakın qanunsuz istifadəsində şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti