...

Kilsədə atışma - ölənlər var

Dünya xəbərləri Materials 30 Dekabr 2019 05:05 (UTC +04:00)
ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərində yerləşən kilsədə atışma baş verib
Kilsədə atışma - ölənlər var

Bakı. Trend:

ABŞ-ın Texas ştatının Uayt Settlment şəhərində yerləşən kilsədə atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə "Dallas Morning News" yerli qəzeti bildirib.

Məlumata əsasən, 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Bildirilib, bir nəfər atışma yerində, digəri xəstəxanaya aparılarkən həlak olub.

Üçüncü yaralanan ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb. Qeyd edilib ki, ölənlərdən biri atəş açan şəxs özü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti