...

İrlandiyaya 50-dən çox suriyalı qaçqın gəlib

Dünya xəbərləri Materials 31 Dekabr 2019 03:19 (UTC +04:00)
Dekabrın 30-da 28-i uşaq olmaqla 50-dən çox suriyalı qaçqın İrlandiyaya gəlib
İrlandiyaya 50-dən çox suriyalı qaçqın gəlib

Bakı. Trend:

Dekabrın 30-da 28-i uşaq olmaqla 50-dən çox suriyalı qaçqın İrlandiyaya gəlib və İrlandiya Qaçqınların Mühafizəsi Proqramı çərçivəsində bu ölkədə sığınacaq alacaqlar.

11 ailəyə mənsub olan qaçqınlar bir gün əvvəl Livanın Beyrut şəhərindən Dublina uçuş etmışlər və müvəqqəti olaraq Dublindən 40 km şimaldakı Mosney Qəbul Mərkəzində yerləşdirilmişlər.

Qəbul Mərkəzində olduqları müddətdə həmin ailələrə ingilis dili də daxil olmaqla inteqrasiya kursları keçiriləcək, Məlumatda onlara BMT tərəfindən Livanda düşərgələrdə illər keçirdikdən sonra qaçqın statusu verildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti