...

NATO İraqdakı vəziyyətlə əlaqədar təcili iclas keçirəcək

Dünya xəbərləri Materials 5 Yanvar 2020 22:31 (UTC +04:00)
NATO, yanvarın 6-da Brüsseldə Şimali Atlantika Şurasının İraqdakı vəziyyətlə əlaqədar təcili iclasının keçirilməsini təsdiqləyib
NATO İraqdakı vəziyyətlə əlaqədar təcili iclas keçirəcək

Bakı. Trend:

NATO, yanvarın 6-da Brüsseldə Şimali Atlantika Şurasının İraqdakı vəziyyətlə əlaqədar təcili iclasının keçirilməsini təsdiqləyib.

Trend-in məlumatına görə, yanvarın 6-da keçiriləcək iclasda “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İraqdakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, NATO yanvarın 4-də təlimatçılarının təhlükəsizliyi ilə əlaqədar olaraq Bağdaddakı İraq hərbi qüvvələrini hazırlamaq missiyasını dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti