...

Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri artırılıb

Dünya xəbərləri Materials 8 Yanvar 2020 05:54 (UTC +04:00)
Ağ Ev ətrafında ABş-ın İraqdakı hərbi mövqelərinin raket zərbələrinə məruz qalması ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb
Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri artırılıb

Bakı. Trend:

Ağ Ev ətrafında ABş-ın İraqdakı hərbi mövqelərinin raket zərbələrinə məruz qalması ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Ağ Ev ətrafında ABŞ Gizli Xidmətinin silahlı əməkdaşları yerləşdirilib.

Xatırladaq ki, ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbinədki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirilib. Raket zərbələrinə görə məsuliyyəti İranın İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Bildirilir ki, raket zərbələri iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq həyata keçirilib. Pentaqon raket zərbələri barədə məlumatları təsdiq edib.

Bir müddət sonra İran qüvvələri ABŞ-ın İraqdakı mövqelərinə yeni zərbələr endiriblər. Zərbələr raketlərlə həyata keçirilib. Yeni raket hücumunun dəqiq hədəfi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti