...

İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub (FOTO)

Dünya xəbərləri Materials 8 Yanvar 2020 09:03 (UTC +04:00)
İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.
İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub (FOTO)

Bakı. Elnur Bağışov – Trend:

İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada deyib.

M.Səliminin sözlərinə görə, sərnişinlərin meyitləri toplanmaqdadır.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Bildirilir ki, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti