...

Hindistan-Pakistan sərhədində qar uçqunu: 70-ə yaxın ölü var

Dünya xəbərləri Materials 14 Yanvar 2020 14:28 (UTC +04:00)
Hindistan-Pakistan sərhədində baş vermiş qar uçqunları nəticəsində azı 67 nəfər həlak olub
Hindistan-Pakistan sərhədində qar uçqunu: 70-ə yaxın ölü var

Bakı. Trend:

Hindistan-Pakistan sərhədində baş vermiş qar uçqunları nəticəsində azı 67 nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə iki ölkə arasında mübahisəli ərazi hesab olunan Kəşmir bölgəsində baş verib.

Qeyd olunur ki, 24 saat ərzində bir neçə uçqun baş verib. Pakistan ərazisində 57 nəfər həlak olub.

Hindistanda 10 nəfər, o cümlədən 5 hərbçi uçqunun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti