...

Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

Dünya xəbərləri Materials 21 Yanvar 2020 12:22 (UTC +04:00)
Həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb
Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə yağan güclü qar Yozqat, Kayseri və Sivas vilayətlərində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olub.

Trend-in məlumatına görə, həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb.

Bəzi bölgələrdə qar örtüyünün bir metrədək çatdığı deyilir.

Hazırda yaşayış məntəqələri ilə əlaqənin bərpa olunması üçün işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti