...

Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə Pompeo rəhbərlik edəcək

Dünya xəbərləri Materials 6 Fevral 2020 03:27 (UTC +04:00)
ABŞ dövltə katibi Mayk Pompeo Münhen Təhlükəsizlik Konfransında ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək
Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə Pompeo rəhbərlik edəcək

Bakı. Trend:

ABŞ dövltə katibi Mayk Pompeo Münhen Təhlükəsizlik Konfransında ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda qeyd edilir: "Cümə günü, fevralın 14-ü dövlət katibi M.Pompeo Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndə heyətinə rəhbərlik etmək üçün Almaniyanın Münhen şəhərinə gələcək. Dövlət katibi Münhendə konfrans iştirakçıları qarşısında çıxış edəcək və təhlükəsizlik sahəsində prioritetləri müzakirə etmək üçün xarici həmkarları və vacib liderlər ilə görüşəcək".

Bildirilir ki, bundan sonra M.Pompeo Seneqal, Anqola, Efiopiya, Səudiyyə Ərəbistanı və Omana yollanacaq: "Dövlət katibi Yaxın Şırqı yollanacaq və 19-21 fevral tarixlərində İran, Yəmən və insan hüquqları da daxil olmaqla Səudiyyə Ərəbistanının rəhbərliyi ilə regional və ikitərəfli məsələləri müzakirə etmək üçün Ər-Riyadda qalacaq".

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində keçiriləcək. Təşkilatçılar azı 18 dövlət və hökumət başçısının və 70-ə yaxın xarici işlər və müdafiə nazirinin iştirakını gözləyirlər.

Xəbər lenti

Xəbər lenti