...

Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqlənib

Dünya xəbərləri Materials 11 Fevral 2020 08:23 (UTC +04:00)
Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqlənib
Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqlənib

Bakı. Trend:

Cənubi Koreyada 28-ci yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin Təşkilatından bildirilib.

Məlumata əsasən, yeni növ koronavirusa yoluxan 30 yaşlı Çin vətəndaşırıdır. Daha əvvəl virusa yoluxan şəxslə ünsiyyətdə olduğuna görə o ev karantinində saxlanılırdı. Analizdərin cavabları çıxdıqdan sonra onunda virusə yoluxduğu təsdiqlənib. Hazırda yeni növ koronavirusa yoluxan Çin vətəndaşı Koyan şəhərinin xəstəxanasında karanatinə yerləşdirilib.

Təşkilatdan bildirilir ki, daha əvvəl yoluxanlardan artıq 4 nəfər sağalıb və evə buraxılıb. Hazırda 24 nəfər müalicə alır, 865 nəfər isə yoxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti