...

Zərif və Quterreş Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 22 Fevral 2020 02:19 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub
Zərif və Quterreş Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və BMT-nin baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN-in "Telegram" kanalında məlumat yerləşdirilib.

Məlumatda deyilir: "İran XİN rəhbəri və BMT-nin baş katibi telefon danışığı zamanı Əfqanıstan vəziyyətin inkişafını müzakirə ediblər".

Xatırladaq ki, bu gün ABŞ dövlət katibi Mayk Pompeo fevralın 29-u "Taliban" radikal hərəkatı və ABŞ arasında razılaşma imzalanacaq. "Taliban" öz növbəsində razılaşmanın imzalanacağı tarixi təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti