...

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 630 nəfər artdı

Dünya xəbərləri Materials 23 Fevral 2020 04:03 (UTC +04:00)
Yoluxanların ümumi sayı 64 084 nəfərə yüksəlib
Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 630 nəfər artdı

Bakı. Trend:

Çinin Hubey əyalətində son sutka ərzində 630 yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Yoluxanların ümumi sayı 64 084 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə əyalətin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir.

Komitənin xəbərində bildirilir ki, bölgədə son sutkada koronavirusdan 96 nəfər ölüb, 1742 nəfər sağalıb və xəstəxanalardan buraxılıb. Yerli xəstəxanalarda 40 127 nəfər müalicə olunur, onlardan 8 853 nəfərin vəziyyəti kritik, 1845 nəfərin vəziyyəti isə ağırdır.

Hubey əyalətində bütün dövr ərzində yeni növ koronavirusdan ölənlərin sayı 2 346, xəstəlikdən sağalanların sayı isə 15 299 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti