...

Koronavirus İranın neft məmulatlarının ixracını dayandırıb

Dünya xəbərləri Materials 29 Fevral 2020 13:46 (UTC +04:00)
İranda yeni koronavirusun yayılması İranın Türkiyə, Əfqanıstan, Türkmənistan və İraq kimi ölkələrə neft məmulatlarının ixracını dayandırıb.
Koronavirus İranın neft məmulatlarının ixracını dayandırıb

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirusun yayılması İranın Türkiyə, Əfqanıstan, Türkmənistan və İraq kimi ölkələrə neft məmulatlarının ixracını dayandırıb.

Trend-in məlumatına görə, bunu İranın Neft Məmulatları İxracatçıları Assosiasiyasının sözçüsü Həmid Hüseyni deyib. Onun sözlərinə görə, İranın neft məmulatlarının ixracı ciddi şəkildə problemlə üzləşib.

Hüseyni əlavə edib ki, İranın qonşu ölkələr arasında ən önəmli ixrac bazarlarından biri İraqdır. Belə ki, 2018-ci ildə İran bu ölkəyə 9 milyard dollar dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 388 nəfər bu virusa yoluxub və 34 nəfər dünyasını dəyişib.

Əlavə edək ki, İran 11 ay ərzində (21 mart 2019-dan -19 fevral 2020-dək) 38,5 milyard dollar dəyərində 125 milyon tondan çox məhsul ixrac edib. İranın məhsul ixracında Çin, İraq, Türkiyə, BƏƏ və Əfqanıstan ilk beşlikdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti