...

Ermənistan İranla sərhəd rejimini sərtləşdirir

Dünya xəbərləri Materials 2 Mart 2020 12:09 (UTC +04:00)
Ermənistan İranla sərhəd rejimini sərtləşdirir
Ermənistan İranla sərhəd rejimini sərtləşdirir

Bakı. Trend:

Ermənistan İranla sərhəd rejimini sərtləşdirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan koronavirusun yayılmasının qarşısının alınması üzrə komissiyanın iclası zamanı deyib.

O bildirib ki, Ermənistan regionda epidemioloji vəziyyəti nəzərə alaraq bu qərarı qəbul edib:

“Biz İranla viza rejimin müvəqqəti bərpa olunması prosesini işə salırıq və 5 gün ərzində qərar qəbul edəcəyik”.

Qeyd edək ki, ötən gün Ermənistanda ilk koronavirus faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti