...

İtaliyada bütün məktəb və universitetlər bağlana bilər

Dünya xəbərləri Materials 4 Mart 2020 17:53 (UTC +04:00)
İtaliya Nazirlər Şurası koronavirusun yayılması ilə əlaqədar ölkə ərazisində bütün məktəb və universitetlərin iki həftə müddətinə bağlanması qərarını müzakirə edir
İtaliyada bütün məktəb və universitetlər bağlana bilər

Bakı. Trend:

İtaliya Nazirlər Şurası koronavirusun yayılması ilə əlaqədar ölkə ərazisində bütün məktəb və universitetlərin iki həftə müddətinə bağlanması qərarını müzakirə edir.

Trend-in məlumatına görə, müvafiq qərar yaxın saatlar ərzində verilə bilər.

İtaliya mətbuatı yazır ki, qərar qəbul olunacağı təqdirdə məktəblər ya sabahdan, ya da martın 9-dan bağlanacaq.

Bu günədək İtaliyada koronavirusa yoluxanların sayı 2500 nəfəri ötüb. 79 nəfər virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti