...

Zaxarovanın brifinqindən əvvəl jurnalistlər müayinədən keçirilir

Dünya xəbərləri Materials 6 Mart 2020 11:34 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqindən əvvəl bütün jurnalistlərin temperaturu yoxlanılır
Zaxarovanın brifinqindən əvvəl jurnalistlər müayinədən keçirilir

Bakı. Trend:

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın həftəlik brifinqindən əvvəl bütün jurnalistlərin temperaturu yoxlanılır.

Trend-in məlumatına görə, mətbuat işçilərini binanın girişində xüsusi geyimdə olan tibb əməkdaşları yoxlayır.

Termokameralar vasitəsilə həyata keçirilən proses bir neçə saniyə davam edir. Bundan başqa, XİN-nin girişində təcili yardım maşınları növbə çəkir.

Qeyd edək ki, dünyada yeni koronavirusa yoluxanların sayı 95 min nəfəri, ölənlərin sayı 3,2 nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti