Bakı. Trend:
Ötən sutka ərzində dünyada COVİD-19 koronavirusuna 4125 yeni yoluxma halı qeydə alınıb, 203 nəfər ölüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildiriblər.
Beləliklə, ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edib, onlardan 80 924-ü Çində.
Çində koronavirusdan ölənlərin sayı 3140 nəfərə çatıb, onlardan 17-si ötən sutka ərzində qeydə alınıb.