...

"Apple" İtaliyaya koronavirusla mübarizə aparmaq üçün yardım edəcək

Dünya xəbərləri Materials 19 Mart 2020 23:55 (UTC +04:00)
"Apple" İtaliyaya koronavirusla mübarizə aparmaq üçün yardım edəcək

Bakı. Trend:

Amerikanın "Apple" korporasiyası İtaliyaya yeni növ koronavirusla mübarizə aparmaq üçün kömək edəcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin başçısı Tim Kuk "Twitter" səhifəsində xəbər verib.

"Dostlarımıza dəstək heç vaxt indiki kimi əhəmiyyətli olmayıb. Biz İtaliyanın Mülki Müdafiə Departamentinə tibbi avadanlıq və ləvazimatlarla yardım göstərəcəyik", - T.Kuk yazıb.

13 martda "Apple" dünya üzrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün ümumilikdə 15 milyon dollar ayırdığını bildirib.

Son məlumatlara görə, İtaliyada koronavirusa yoluxma hallarının sayı 41 min nəfəri ötüb, 3,5 min nəfərə yaxın insan dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti