...

Türkiyədə koronavirus qurbanlarının sayı 9 nəfərə çatıb

Dünya xəbərləri Materials 21 Mart 2020 00:44 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə koronavirus qurbanlarının sayı doqquz nəfərə çatıb.

Trend-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

F.Qoca bildirib ki, son 24 saat ərzində aparılan 3656 testdən 311-i müsbət çıxıb:

"Xəstələrin sayı 670 nəfərə çatıb. İmmuniteti zəif olan 5 yaşlı xəstə vəfat edib".

Onun sözlərinə görə, ölənlərin ümumi sayı 9 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 140-dan çox ölkəsində 153 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5,7 min xəstə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti