...

Türkiyədə koronavirusa yoluxanların sayı 2 minə yaxındır

Dünya xəbərləri Materials 29 Mart 2020 23:31 (UTC +04:00)
Son 24 saat ərzində Türkiyədə yeni bir növ koronavirus ilə yoluxma hallarının sayı 1,8 mindən çox artıb
Türkiyədə koronavirusa yoluxanların sayı 2 minə yaxındır

Bakı. Trend:

Son 24 saat ərzində Türkiyədə yeni bir növ koronavirus ilə yoluxma hallarının sayı 1,8 mindən çox artıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F.Qoca qeyd edib ki, son 24 saat ərzində 9992 test aparılıb və 1815 yeni koronavirusa yoluxma halları qeydə alınıb, 23 xəstə vəfat edib:

"İndi ölənlərin ümumi sayı 131, xəstələrin sayı isə 9,217 nəfərə çatıb".

Onun sözlərinə görə, koronavirusun səbəb olduğu xəstəlikdən sağalmış xəstələrin ümumi sayı 105 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti