...

"CNN": ABŞ-da ilk dəfə koronavirusdan ölənlərin sayı bir gündə 500-ü ötüb

Dünya xəbərləri Materials 31 Mart 2020 05:09 (UTC +04:00)
ABŞ-da ilk dəfə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı bir gündə 500 nəfəri ötüb
"CNN": ABŞ-da ilk dəfə koronavirusdan ölənlərin sayı bir gündə 500-ü ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-da ilk dəfə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı bir gündə 500 nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan "CNN" telekanalı bildirib.

Telekanalın məlumatına əsasən, martın 30-u ABŞ-da koronavirusdan 502 ölüm halı qeydə alınıb, bu isə ölkədə koronavirusdan bir gündə qeydə alınan ən çox ölüm sayıdır. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2931 nəfər bərabərdir.

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti isə ölkədə ümumilikdə koronavirusa 160 mindən artıq yoluxma halının və 2978 virusdan ölüm halının qeydə alındığını bildirir. Universitetin məlumatına əsasən, 5644 nəfər xəstəlikdən sağala bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti