...

Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

Dünya xəbərləri Materials 4 Aprel 2020 06:28 (UTC +04:00)
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp qoruyucu tibbi maska taxmaq niyyətində olmadığını bəyan edib.

Trend-in məlumatına görə, D.Tramp tibbi maska taxmağın onun statusu ilə uyğun olmadığını hesab edir.

"Bu yalnız bir tövsiyədir. Mən özümü yaxşı hiss edirəm. Sadəcə maska taxmaq istəmirəm", - deyə ABŞ prezidenti koronavirusun yayılması fonunda qoruyucu tibbi maskanı niyə taxmaq niyyətində olmadığı sualını cavablandırıb.

"Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq... bilmirəm, bu mənim üçün deyil", - D.Tramp izah edib.

O əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus "çox tezliklə" başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti