...

Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Dünya xəbərləri Materials 8 Aprel 2020 02:03 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 520 nəfərə çatıb

Bakı. Trend:

Özbəkistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 520 nəfərə çatıb.

Trend-in "Gazeta.uz"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən gün koronavirusa 63 nəfər yoluxub.

Bildirilir ki, koronavirusdan 30 nəfər sağalıb, 2 nəfər isə dünyasını dəyişib.

Qeyd edək ki, ötən gün xarici ölkələrdə olan 23 Özbəkistan vətəndaşının koronavirusa yoluxduğu məlum olub. Onlardan 3 nəfəri dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti