...

Özbəkistanda koronavirusa yoluxanların sayı 767-ə çatıb

Dünya xəbərləri Materials 12 Aprel 2020 02:36 (UTC +04:00)
Özbəkistanda koronavirusa yoluxanların sayı 767-ə çatıb

Bakı. Trend:

Özbəkistanda daha 38 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyindən xəbər verilib.

Bildirilir ki, ümumilikdə koronavirusa 767 yoluxma halı və 4 ölüm hadisəsi qeydə alınıb.

Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Vuhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər. Martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti