...

Çernobılda meşə yanğınları söndürülüb

Dünya xəbərləri Materials 14 Aprel 2020 13:26 (UTC +04:00)
Ukraynada Çernobıl atom elektrik stansiyası yaxınlığında baş verən meşə yanğını söndürülüb
Çernobılda meşə yanğınları söndürülüb

Bakı. Trend:

Ukraynada Çernobıl atom elektrik stansiyası yaxınlığında baş verən meşə yanğını söndürülüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar Dövlət Xidməti bildirib.

Qeyd olunur ki, yağışın yağması da yanğının söndürülməsində böyük rol oynayıb. Hazırda açıq yanğının olmadığı deyilir, bəzi yerlərdə tüstülənmələr qeydə alınır.

Yanğın zonasının ətrafında 11 kilometr boyunca minerallaşdırılmış xətlər yaradılıb. Ümumilikdə, yanğınla mübarizəyə 400-dən çox yanğınsöndürən və 100-ə yaxın texnika cəlb olunmuşdu.

Yanğının AES-ə və radioaktiv tullantılara təhlükə törətmədiyi bildirilib. Paytaxt Kiyevdə radioaktivlik normanı üstələmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti