...

Almaniyada koronavirusa yoluxma ilə bağlı vəziyyət nəzarət altına alınıb

Dünya xəbərləri Materials 17 Aprel 2020 15:52 (UTC +04:00)

Bakı. Trend:

Almaniyada bu günədək koronavirusa yoluxanların 60 faizə yaxını sağalıb.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Yens Şpan deyib.

O bildirib ki, ölkədə virusa yoluxma ilə bağlı vəziyyət nəzarət altına alınıb və aprelin 12-dən başlayaraq sağalma sayı yoluxma sayını üstələyir.

Qeyd edək ki, bu günədək Almaniyada 138 221 nəfər koronavirusa yoluxub, 4 098 nəfər vəfat edib.

Eyni zamanda sağalanların sayı 81 800 nəfərə çatıb. 52 323 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti