...

İsraildə rəqib partiyaların liderləri razılığa gəldi

Dünya xəbərləri Materials 21 Aprel 2020 03:28 (UTC +04:00)
İsraildə rəqib partiyaların liderləri razılığa gəldi

Bakı. Trend:

İsraildə keçirilən parlament seçkilərində ən çox səs toplayan rəqib partiyalar "Likud" və "Kahol-Lavan" koalisiya haqqında razılaşma imzalayıblar.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, razılaşma baş nazir Benyamin Netanyahu və parlamentin spikeri Beni Hans tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, 1,5 ildən sonra baş nazir vəzifəsini B.Hans icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti