Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 774 nəfər koronavirusa yoluxub, 42 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 62 773 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 555 nəfərə çatıb.
Ümumilikdə 4 891 nəfər sağalıb, 57 327 nəfərin müalicəsi davam edir.