...

"Theodore Roosevelt" təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 09:46 (UTC +04:00)
"Theodore Roosevelt" təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı artıb

Bakı. Trend:

"Theodore Roosevelt" təyyarədaşıyan gəmisində koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "Aprelin 23-ü üçün "Theodore Roosevelt"in komanda üzvlərinin 100 faizi COVİD-19 testindən keçirilib, 840 müsbət və 4 098 mənfi nəticə qeydə alınıb".

Qeyd edilir ki, xəstələrdən 4 nəfəri hazırda hərbi-dəniz hospitalında müalicə alır, 88 nəfər artıq sağalıb. Ümumilkdə 4 234 heyət üzvü gəmini tərk edib.

Xatırladaq ki, heyətin daha əvvəl 672 nəfərin koronavirusa yoluxduğu, 1 nəfərin isə dünyasını dəyişdiyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti