...

Uhanda sonuncu ağır koronavirus xəstəsi sağaldı

Dünya xəbərləri Materials 24 Aprel 2020 13:42 (UTC +04:00)
Çinin Uhan şəhərində koronavirusa yoluxmuş sonuncu ağır xəstə müalicə edilib
Uhanda sonuncu ağır koronavirus xəstəsi sağaldı

Bakı. Trend:

Çinin Uhan şəhərində koronavirusa yoluxan sonuncu ağır xəstə müalicə edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə və Gigiyena məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Hazırda koronavirusun yayılmağa başladığı ilk şəhər olan Uhanda müalicəsini davam etdirənlərin sayı 915 nəfərə bərabərdir. Onların xəstəliyinin yüngül formada keçdiyi deyilir.

İndiyədək Uhan şəhərində 50 mindən çox yoluxma qeydə alınıb, 3 869 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti