...

Türkiyədə koronavirusdan ölənlərin sayı 2 600 nəfərə çatıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 20:41 (UTC +04:00)
Türkiyədə koronavirusdan ölənlərin sayı 2 600 nəfərə çatıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 109 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2600 nəfərə çatıb.

Ölkədə 3 122 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 104 912 nəfərə çatıb.

Onun sözlərinə görə, sağalanların ümumi sayı 21 737 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti