...

Gürcüstanda koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb

Dünya xəbərləri Materials 26 Aprel 2020 13:48 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 485 nəfərə çatıb.

Trend-in "Gürcüstan Onlayn"a istinadən verdiyi məlumata görə, hazırda 4 928 nəfər karantin rejimində, 522 nəfər isə tibbi nəzarət altında saxlanılır.

Bildirilir ki, koronavirusa yoluxan 485 nəfərdən 139-u artıq sağalıb, 6 nəfər isə dünyasını dəyişib.

Qeyd edilir ki, xarici ölkələrdən müalicəyə 3 Gürcüstan vətəndaşı gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti