...

Qırğızıstanda koronavirusa daha 21 nəfər yoluxub

Dünya xəbərləri Materials 29 Aprel 2020 08:55 (UTC +04:00)
Qırğızıstanda koronavirusa daha 21 nəfər yoluxub

Bakı. Trend:

Qırğızıstanda ötən sutka yeni növ koronavirusa daha 21 nəfər yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu ölkənin İctimai Səhiyyə İdarəsinin rəhbəri Aynura Akmatova deyib.

Onun sözlərinə görə, yeni yoluxma halları Oş (1), Narın (6), Batken (1) vilayətlərində və Bişkek (13) şəhərində qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 729 nəfərə çatıb.

A.Akmatova qeyd edib ki, ötən gün həmçinin 21 nəfər koronavirusdan sağalaraq evə buraxılıb: "Onların hamısının təkrar testlərinin nəticələri mənfi oldu və onlar evə göndərildi. Ümumilikdə ölkədə 437 nəfər koronavirusdan sağalıb".

İdarə rəhbəri əlavə edib ki, hazırda koronavirus infeksiyası ilə xəstəxanalarda 284 nəfər qalır. Onlardan 10 nəfərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 8 nəfər dünyasını dəyişib. Ötən gün ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti