...

Rusiya Baş naziri koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 30 Aprel 2020 21:28 (UTC +04:00)
Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb
Rusiya Baş naziri koronavirusa yoluxdu

Bakı. Trend:

Rusiyanın Baş naziri Mixail Mişustində koronavirus aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Rusiya prezidenti Vladimir Putin ilə video danışıq zamanı deyib.

M.Mişustin bildirib: "İndicə məlum oldu ki, koronavirus üçün etdiyim testlər müsbət nəticə verib".

O, birinci müavini Andrey Belousovu xəstəliyi olduğu müddətdə Nazirlər Kabineti rəhbərinin vəzifəsinə namizəd kimi irəli sürüb:

"Hökumət ştat rejimində işləməyə davam edəcək, bütün əsas məsələlərdə telefon və video ilə aktiv əlaqə qurmağı planlaşdırıram. Müvəqqəti vəzifələrimi icra edən şəxs qismində [Baş nazirin birinci müavini] Andrey Removiç Belousovun namizədliyini təklif edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti