...

Kanadada koronavirusa yoluxanların sayı 55 mini ötüb

Dünya xəbərləri Materials 2 May 2020 05:01 (UTC +04:00)
Kanadada koronavirusa yoluxanların sayı 55 mini ötüb

Bakı. Trend:

Kanadada yeni növ koronavirusa son sutka ərzində daha 1 825 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 55 061 nəfər təşkil edir. Ən çox yoluxma halları Kvebek (28 648), Ontario (16 608) və Alberta (5 573) əyalətlərində qeydə alınıb.

Bildirilir ki, Kanadada koronavirusdan 3 391 nəfər dünyasını dəyişib, 22,7 min nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti