Bakı. Trend:
Cənubi Koreyada sun 24 saat ərzində 3 koronavirusa yeni yoluxma hadisəsi aşkarlanıb, 66 nəfər sağalıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyinin nəzdində xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri təşkilatından xəbər verilib.
Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 10 804 nəfər, sağalanların sayı 9 283 nəfər, ölənlərin sayı isə son sutkada 2 nəfər artaraq 254 təşkil edib.
Bildirilir ki 3 yeni yoluxma halı Cənubi Koreyaya xaricdən gələn şəxslərdə aşkarlanıb.